Kategoriler
Azertac

AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər

Bakı, 27 fevral, AZƏRTAC

AZƏRTAC və Küveyt Elektron Media Birliyi arasında əməkdaşlığın gücləndirilməsi iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına töhfə verə bilər.

Bu məsələ AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Küveyt Elektron Media Birliyi İdarə Heyətinin sədri Feysəl Xəlifə əs-Savağ arasında fevralın 27-də keçirilən görüş zamanı müzakirə olunub.

Qonağa Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün ərzində torpaqları işğaldan azad edib. Otuz illik işğal dövründə düşmən həmin ərazilərdəki şəhər və kəndlərdə görünməmiş dağıntılar törədib. Eyni zamanda məscidlər, mədəniyyət və tarixi abidələr yerlə-yeksan olunub. Hazırda azad olunmuş rayonlarda bərpa-quruculuq işləri gedir.

AZƏRTAC ilə Küveyt Elektron Media Birliyi arasında əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını deyən Aslan Aslanov bildirib ki, birgə layihələrin həyata keçirilməsi, müntəzəm informasiya və təcrübə mübadiləsi əlaqələrin inkişafına, xalqlarımızın bir-birini daha yaxından tanımasına vəsilə ola bilər.

Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunmuş torpaqlara getdiyini və orada gördüklərindən təsirləndiyini bildirən Feysəl Xəlifə əs-Savağ deyib. “Məscidlərin təhqir edilməsi qəbuledilməzdir. Bu, bütün islam dünyasının mövqeyidir. Dünən Xocalı soyqırımının ildönümü idi. Azərbaycanın bu böyük kədərini hər zaman bölüşürük”.

Səfəri zamanı Prezident İlham Əliyevin yerli və xarici media qurumları üçün keçirdiyi mətbuat konfransında iştirak etdiyini deyən qonaq dövlət başçısının suallara sərrast və ətraflı cavab verdiyini vurğulayıb: “Məndə bir daha əminlik yarandı ki, Azərbaycan öz müstəqilliyini qorumağa qadir olan dövlətdir”.

Feysəl Xəlifə əs-Savağ AZƏRTAC-ın Küveytdə nümayəndəliyinin açılması üçün maliyyə dəstəyi göstərməyə hazır olduqlarını qeyd edib. Onun fikrincə, təmsilçilik büroları ölkələrimizin daha yaxşı tanıdılmasına geniş imkanlar yaradar.

Görüşdə, həmçinin AZƏRTAC-ın beynəlxalq media təşkilatlarında fəaliyyəti, Küveytin KUNA agentliyi, eləcə də digər ərəbdilli media qurumları ilə əməkdaşlığı barədə məlumat verilib.

Kategoriler
Azertac

Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yeni abidənin açılışı olub

Haaqa, 27 fevral, AZƏRTAC

Fevralın 26-da Niderland Krallığının Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yeni abidənin açılış mərasimi keçirilib.

Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, Türkiyənin səfiri Şaban Dişli, Niderland parlamentinin deputatı Səlcuq Öztürk, Avropada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan və Türkiyə vətəndaşları iştirak ediblər.

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidənin önünə əklil və gül dəstələri qoyulub.

Azərbaycanın və Türkiyənin səfirləri, Hollanda Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşqın, Haaqa məzarlığının müdiri Linda Jansen, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva və başqaları çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüblər. Onlar erməni cəlladları tərəfindən törədilmiş Xocalı qətliamının bütün insanlığın faciəsi olduğunu, onun dəhşətlərinin heç vaxt unudulmayacağını bildirib, bu soyqırımının dünya dövlətləri tərəfindən rəsmi olaraq tanınmasının vacibliyini qeyd ediblər.

Kategoriler
Azertac

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib

Bakı, 26 fevral, AZƏRTAC

Ermənistandakı böhran və onun sülhə təsiri, yenə də bu böhranın hansı istiqamətdə cərəyan edəcəyindən asılı olacaqdır. Bu böhranın tezliklə bir sonu olmalıdır. Dediyim kimi, bu tragikomediyaya son qoyulmalıdır. Atəşkəs və üçtərəfli bəyanatın icrası ilə bağlı diqqətinizi Prezident Putinin cavabına yönəltmək istərdim. Ona sual verildi ki, Ermənistan bu bəyanatın icrasından boyun qaçırmaq istəsə nə olacaq? O da dedi ki, bu, Ermənistan üçün sui-qəsd olacaqdır. Mən də bu məsələdə Prezident Putinlə tamamilə razıyam.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Ermənistandakı böhranın atəşkəsə və regional əməkdaşlığa təsirindən danışarkən bildirib.

Dövlətimizin başçısı deyib ki, bununla bağlı müəyyən narahatlıq var: “Üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinləri arasında üçtərəfli görüşlər keçirilir. Artıq iki belə görüş olmuşdur. Üçüncü belə bir görüş Moskva şəhərində sabaha planlaşdırılmışdır. Ancaq mənə hələ də məruzə edilməyib ki, bu görüş Ermənistan tərəfindən təxirə salınıbmı. Yəni bu, təxirə salınsa da, anlaşılan olacaqdır. Ancaq yenə də bu, Ermənistanda gələcəkdə baş verəcək hadisələrdən, oradakı siyasi mübarizənin nəticələrindən asılı olacaqdır”.

Prezident qeyd edib ki, amma bu, bizim planlarımıza təsir edə bilməz. Artıq bizim regionun gələcəyi ilə bağlı aydın fikrimiz var. Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvürümüz var. “Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir. Azərbaycan bu regionun tərkib hissəsi olmuşdur, hər zaman uğurlu əməkdaşlığın nümunəsi olmuşdur. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları mövcuddur. Bununla yanaşı, Türkiyə-İran-Rusiya arasında əməkdaşlıq formatı da var. Ermənistan yeganə ölkədir ki, onlarda belə bir əməkdaşlıq formatı mövcud deyil. Yəni biz, bu regionun məsuliyyətli ölkəsiyik. Müəyyən geriləmələr, müəyyən təxirə salınmış tədbirlər ola bilər. Ancaq ümumiyyətlə, mən hesab edirəm ki, Ermənistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan buna böyük mənada təsir edə bilməz və etməməlidir də”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Kategoriler
Azertac

Azərbaycan Prezidenti: Ermənistandakı böhran, orada siyasi mübarizənin nəticələri bizim planlarımıza təsir edə bilməz

Bakı, 26 fevral, AZƏRTAC

Ermənistandakı böhran və onun sülhə təsiri, yenə də bu böhranın hansı istiqamətdə cərəyan edəcəyindən asılı olacaqdır. Bu böhranın tezliklə bir sonu olmalıdır. Dediyim kimi, bu tragikomediyaya son qoyulmalıdır. Atəşkəs və üçtərəfli bəyanatın icrası ilə bağlı diqqətinizi Prezident Putinin cavabına yönəltmək istərdim. Ona sual verildi ki, Ermənistan bu bəyanatın icrasından boyun qaçırmaq istəsə nə olacaq? O da dedi ki, bu, Ermənistan üçün sui-qəsd olacaqdır. Mən də bu məsələdə Prezident Putinlə tamamilə razıyam.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Ermənistandakı böhranın atəşkəsə və regional əməkdaşlığa təsirindən danışarkən bildirib.

Dövlətimizin başçısı deyib ki, bununla bağlı müəyyən narahatlıq var: “Üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinləri arasında üçtərəfli görüşlər keçirilir. Artıq iki belə görüş olmuşdur. Üçüncü belə bir görüş Moskva şəhərində sabaha planlaşdırılmışdır. Ancaq mənə hələ də məruzə edilməyib ki, bu görüş Ermənistan tərəfindən təxirə salınıbmı. Yəni bu, təxirə salınsa da, anlaşılan olacaqdır. Ancaq yenə də bu, Ermənistanda gələcəkdə baş verəcək hadisələrdən, oradakı siyasi mübarizənin nəticələrindən asılı olacaqdır”.

Prezident qeyd edib ki, amma bu, bizim planlarımıza təsir edə bilməz. Artıq bizim regionun gələcəyi ilə bağlı aydın fikrimiz var. Türkiyə, Rusiya, İran və Azərbaycan arasında körpülərin yaradılması ilə bağlı da aydın təsəvvürümüz var. “Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir. Azərbaycan bu regionun tərkib hissəsi olmuşdur, hər zaman uğurlu əməkdaşlığın nümunəsi olmuşdur. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları mövcuddur. Bununla yanaşı, Türkiyə-İran-Rusiya arasında əməkdaşlıq formatı da var. Ermənistan yeganə ölkədir ki, onlarda belə bir əməkdaşlıq formatı mövcud deyil. Yəni biz, bu regionun məsuliyyətli ölkəsiyik. Müəyyən geriləmələr, müəyyən təxirə salınmış tədbirlər ola bilər. Ancaq ümumiyyətlə, mən hesab edirəm ki, Ermənistanda siyasi hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan buna böyük mənada təsir edə bilməz və etməməlidir də”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Kategoriler
Azertac

Azərbaycan Prezidenti 4 saatdan çox davam edən mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı 4 saatdan çox davam edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı mətbuat konfransında 35 media qurumunun 50-dək sualını cavablandırıb.

Prezident İlham Əliyev jurnalistlərin suallarına dörd dildə – Azərbaycan, türk, ingilis və rus dillərində cavab verib.

Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb.

Kategoriler
Azertac

Erkan Özoral: Xocalı faciəsinin səbəbkarları, bu qətliamı törədənlər mütləq mühakimə olunmalıdırlar

Bakı, 26 fevral, AZƏRTAC

Bu gün hamımız dünyaya Xocalı üçün ədalət deyə səslənirik. Xocalı qətliamı bəşəriyyətə qarşı cinayətdir. İnsanlara qarşı bu vəhşiliyi törədənlərin, qətliamın günahkarları öz cəzalarını mütləq almalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu fikri “Ana harayı” abidəsini ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə müsahibəsində deyib.

Səfir bildirib ki, artıq müzəffər Azərbaycan Ordusu torpaqlarını işğalçılardan azad edərək ərazi bütövlüyünü bərpa edib. İlk dəfə Azərbaycanın Vətən müharibəsindəki qələbədən sonra Xocalı soyqırımı qurbanlarının xatirəsini anırıq. İnşallah gələcəkdə Xocalıda yurdlarından didərgin düşən şəxslər, eləcə də məcburi köçkünlər öz torpaqlarına qayıdacaq. Xocalıda şəhid olanların da ruhu şad olacaq.

Xocalı faciəsinin səbəbkarları mütləq mühakimə olunmalıdırlar.

Kategoriler
Azertac

Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir:

“Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.

Kategoriler
Azertac

Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamının acısını unutmayacağıq, kədərini təkrar-təkrar yaşayacağıq

Ankara, 26 fevral, AZƏRTAC

Xocalıda 29 il əvvəl vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm…

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Twitter” sosial şəbəkə hesabında Xocalı soyqırımı qurbanlarına ehtiramı bu ifadə ilə başlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amansız bəşəri cinayətlə bağlı fikirlərini belə davam etdirib: “İllər keçsə də, acısını unutmayacağımız, kədərini təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı bilmədən qəddarlıqla qətlə yetirilən 613 azərbaycanlı qardaşımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağılığı verirəm.

Bir millət, iki dövlətik…Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”.

Kategoriler
Azertac

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Bakı, 26 fevral, AZƏRTAC

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

X X X

Xocalı soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca dünyasını dəyişdi. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi.

Xocalı faciəsi təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.

Kategoriler
Azertac

Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib

Bakı, 25 fevral, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Böyük Britaniya Nümayəndələr Palatasının veb-saytında Azərbaycan xalqına başsağlığı ifadə edən bəyanat yerləşdirilib.

Azərbaycan–Böyük Britaniya parlamentlərarası işçi qruplarının rəhbəri Cavanşir Feyziyev AZƏRTAC-a bildirib ki, bəyanatın müəllifləri Nümayəndələr Palatasının üzvləri, Böyük Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupunun sədri, Mühafizəkarlar partiyasının üzvü Bob Bləkmən və Demokratik Unionistlər Partiyasının üzvü Cim Şennondur.

Bəyanatda deyilir: “Regionda baş vermiş münaqişə zamanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş kütləvi qətliamda həyatını itirmiş insanların xatirəsini hörmətlə anır və fevralın 26-da Xocalı qətliamının 29-cu ildönümünü anan Azərbaycan xalqına Nümayəndələr Palatası adından başsağlığı ifadə edirik”. Bəyanatda, həmçinin uzunmüddətli sülhün əldə edilməsi üçün tərəflərin səylərinə dəstək ifadə olunur.

C.Feyziyev bildirib ki, Böyük Britaniya hər zaman olduğu kimi, erməni faşizminin əyani sübutu olan Xocalı soyqırımının anım günündə də Azərbaycan xalqının və dövlətinin yanında yer alır və bununla da beynəlxalq ədalət prinsiplərinə dəstək vermiş olur.

Bəyanatla https://edm.parliament.uk/early-day-motion/58127 keçidi vasitəsilə tanış olmaq mümkündür.