16144126402299950475 1000x669

Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yeni abidənin açılışı olub

Haaqa, 27 fevral, AZƏRTAC

Fevralın 26-da Niderland Krallığının Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yeni abidənin açılış mərasimi keçirilib.

Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, Türkiyənin səfiri Şaban Dişli, Niderland parlamentinin deputatı Səlcuq Öztürk, Avropada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan və Türkiyə vətəndaşları iştirak ediblər.

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidənin önünə əklil və gül dəstələri qoyulub.

Azərbaycanın və Türkiyənin səfirləri, Hollanda Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşqın, Haaqa məzarlığının müdiri Linda Jansen, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva və başqaları çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüblər. Onlar erməni cəlladları tərəfindən törədilmiş Xocalı qətliamının bütün insanlığın faciəsi olduğunu, onun dəhşətlərinin heç vaxt unudulmayacağını bildirib, bu soyqırımının dünya dövlətləri tərəfindən rəsmi olaraq tanınmasının vacibliyini qeyd ediblər.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email