News24hours

Rumıniyanın qabaqcıl KİV-ləri Prezident İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar

Buxarest, 28 fevral, AZƏRTAC

Rumıniyanın qabaqcıl “Ultima Ora” (Son saat) qəzeti və “News24hours” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransından yazır.

AZƏRTAC xəbər verir ki, rumın dilində verilən məlumatlarda mətbuat konfransının keçirilməsinin dünya ictimaiyyətinə əhəmiyyətli mesajların çatdırılması istiqamətində mühüm rol oynadığı bildirib. Qeyd olunub ki, tədbirin məhz fevralın 26-da keçirilməsi təsadüfən şeçilməyib. Dövlətimizin başçısı bütün dünya ictimaiyyətinə bəyan edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb və bu soyqırımı heç vaxt diqqətdən kənar qalmamalıdır.

Bildirilib ki, Prezident mətbuat konfransında müxtəlif regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla 4 dildə jurnalistlərin suallarını dəqiq, səlis və məntiqli cavablandırıb. Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğu vurğulanıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email