CUDO BOYUK DEBILQE BURUNC

Rüstəm Orucov cüdo üzrə “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

Bakı, 6 mart, AZƏRTAC

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan komandası bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, komandamızın aktivinə ilk medalı Rüstəm Orucov (73 kq) yazdırıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Obidxon Nomonovu məğlub edib.

Martın 7-dək davam edəcək turnirə Azərbaycan 12 cüdoçu ilə qatılıb. 

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email