16177962095956624618 1000x669

Türkiyə Prezidenti: AKP hakimiyyəti ölkə ictimaiyyətinə açıqladığı layihələri həyata keçirmək və hədəflərinə çatmaqda qərarlıdır

Ankara, 7 aprel, AZƏRTAC

Ölkəmiz üçün ən böyük və strateji infrastruktur layihəsi olan “İstanbul kanalı” üçün hazırlıqları geniş masştabda tamamladıq. Bu məsələdə layihənin texniki təsdiqi, 56 qurum və təşkilatın, 200-dən artıq elm adamının, media mənsublarımın və vətəndaşlarımız iştirak etdilər.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında deyib.

Gündəlikdə duran məsələlərə münasibət bildirən dövlət başçısı diqqətə çatdırıb ki, AKP hakimiyyəti bu vaxtadək ölkə ictimaiyyətinə açıqladığı layihələri davam etdirmək və hədəflərinə çatmaqda qərarlıdır.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email