W 1616178740743245537155 1000x669

Türkiyənin İƏT-dəki nümayəndəsi: Qarabağın işğaldan azad edilməsi bütün İslam dünyasının qələbəsidir

Bakı, 8 aprel, AZƏRTAC

Qarabağ torpaqları işğaldan azad edilib. İşğaldan azad olunan bölgələrdə bu gün azan sədaları ucalır. Bu, bütün İslam dünyasının qələbəsidir. Çünki Qarabağ, eyni zamanda, İslam dünyasının bir parçasıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri işğaldan azad olunmuş bölgələrə səfərin yekunlarına dair keçirilən mətbuat konfransında Türkiyə Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Mehmet Metin Eker deyib.

O qeyd edib ki, Qarabağın təhlükəsizliyinin təmin edilməsi, burada aparılacaq yenidənqurma işləri və keçmiş məcburi köçkünlərin öz torpaqlarına qaytarılması Azərbaycan dövləti ilə bərabər, bütün İslam dünyasının ortaq vəzifəsi olmalıdır. “Bu istiqamətdə qarşımızda böyük işlər var. Əminik ki, Azərbaycan dövləti bu vəzifələrin öhdəsindən uğurla gələcək. İslam Əməkdaşlıq Təşkilatı bütün bu fəaliyyətlərdə Azərbaycan dövlətinin və xalqının yanında olacaq”,-deyə o qeyd edib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email