16178644303779949503 1000x669

Aprelin 11-də Qırğızıstan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçiriləcək

Bişkek, 8 aprel, АZƏRTAC

Aprelin 11-də Qırğızıstanın Əsas Qanununa – Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Qırğızıstan Joqorku Keneşinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, referenduma Qırğızıstanın prezident idarəçiliyinə keçirilməsi və deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılacaq.

Xatırladaq ki, indiyədək Qırğızıstanda parlament-prezident idarəçilik forması hökm sürüb.

Referendumu Azərbaycan da daxil olmaqla, Müstəqil Dövlətlər Birliyi və bir sıra Avropa ölkələrinin, həmçinin beynəlxalq təşkilatların təmsilçiləri izləyəcəklər.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email