16184035833315212177

Türkiyə “Bozdoğan” raketini uğurla sınaqdan keçirib

İstanbul, 14 aprel, AZƏRTAC

Türkiyə “Bozdoğan” raketini uğurla sınaqdan keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi “Twitter” hesabında bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan yazıb: “Türkiyə “havadan-havaya” raket texnologiyasına sahib nadir ölkələrdən biri olmağı bacardı. Gənc texnoloqlarımız və mühəndislərimizin GÖKTUĞ layihəsi çərçivəsində hazırladıqları hava raketimiz “Bozdoğan” ilk atəşlə hədəfi tam məhv etməyə nail oldu”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email