1618399131480207632

“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb

Bakı, 14 aprel, AZƏRTAC

“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Bakıya çatıb. Test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən ibarətdir. Qatarla Türkiyədən ölkəmizə 588 ton yük gətirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”dən AZƏRTAC-a bildirilib ki, şirkətin Türkiyə və Gürcüstandan olan tərəfdaşları ilə birgə hazırladığı yeni logistik məhsul – “TURKUAZ” ekspres konteyner qatarı həftədə iki dəfə olmaqla İstanbul (Asiya hissəsindən) və Mersin ətrafından Bakıya və əks istiqamətdə yükdaşımalar həyata keçirəcək. “TURKUAZ” ekspres blok qatarının səfər müddəti 6 gündən ibarətdir.

Türkiyədən Azərbaycana və əks istiqamətdə ixrac–idxal yükləri daşıyacaq qatarın müntəzəm olaraq fəaliyyət göstərməsi Bakı-Tbilisi–Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artmasına, bu xəttin imkanlarının genişlənməsinə və rəqabətqabiliyyətinin güclənməsinə təkan verəcək.

“TURKUAZ” ekspres blok qatarı ilə həmçinin Avropadan Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına gətirilən yüklərin Azərbaycana çatdırılması nəzərə tutulur.

Qeyd edək ki, xüsusilə pandemiya dövründə, ölkələr arasında nəqliyyat əlaqələrinin məhdudlaşdığı bir şəraitdə dəmir yolu ilə daşımalar bir an da olsun dayanmadı və dəmiryolu öz effektivliyini bir daha göstərdi.

“TURKUAZ” exspres blok qatarı ilə gətirilən konteynerlər Abşeron Logistika Mərkəzinə çatdırıldıqdan sonra burada yaradılmış müasir A+ kateqoriyalı anbarlara boşaldılacaq. Yüklər çeşidləndikdən sonra yük sahiblərinin ünvanlarına çatdırılacaq.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email