16184754374896051227 1000x669

Azərbaycanla Özbəkistanın qarşılıqlı ticarət dövriyyəsi 13 faiz artıb

Bakı, 15 aprel, AZƏRTAC

Dünyanı cənginə almış COVID-19 bəlası insanların sağlamlığına və dünya iqtisadiyyatına mənfi təsirlərini göstərməkdə davam edir. Buna baxmayaraq, pandemiya dövründə, ötən il Azərbaycan və Özbəkistan arasında qarşılıqlı ticarət dövriyyəsi 13 faiz artaraq 80 milyon ABŞ dollarına çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov “Caspian Energy Club”un təşkil etdiyi “Online B2G Forum”da çıxış edərkən deyib.

Səfir bildirib ki, ümumilikdə son 3 ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb.

“Özbəkistan Azərbaycanı MDB məkanında perspektivli ticarət və iqtisadi tərəfdaşı kimi qəbul edir və biz bu qarşılıqlı əməkdaşlığın geniş miqyasda genişləndirməsinə hazırıq. Hazırda Özbəkistanda 195 Azərbaycan müəssisəsi təmsil olunur ki, bunlardan 69-u müştərək kapitallı, 126-sı 100 faiz Azərbaycan kapitalı olan müəssisədir”, – deyə o qeyd edib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email