16184992131376837829 1000x669

Qaqauziya başqanı Azərbaycana dəstəyini ifadə edib

Kişineu, 15 aprel, AZƏRTAC

Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumunun başqanı İrina Vlax Azərbaycan Ordusunun Vətən müharibəsindəki Zəfərinin rəmzi hesab edilən “Xarıbülbül” döş nişanından istifadə edib.

AZƏRTAC xəbər verir ki, Qaqauziya başqanı bununla Azərbaycanın 44 günlük Vətən müharibəsinə dəstəyini ifadə edib.

Qeyd edək ki, hazırda Azərbaycanla Qaqauziya Muxtar Ərazi Qurumu arasında münasibətlər ikitərəfli əməkdaşlığın bütün səviyyələrində inkişaf etməkdədir.

Xatırladaq ki, Xarı bülbül Azərbaycanın mədəniyyət paytaxı, Qarabağın incisi Şuşanın rəmzi hesab edilir. Eyni zamanda, Azərbaycanın İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi kimi qəbul olunur.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email