Oana

“CBC radio”nun “Azerspace” peyki üzərindən Şuşada yayımı təmin edilib

Bakı, 8 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən Milli Televiziya və Radio Şurasının müvafiq qərarı ilə yayım lisenziyası almış “CBC radio” proqramının “Azerspace” peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından (RTYS) 2 kVt-lıq FM radioverici vasitəsilə stereo rejimində 102.7 MHs tezliyində cari il mayın 7-dən yerüstü yayımına başlanılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nəticədə sözügedən radio proqramının Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Goranboy, Göyçay, Qəbələ rayonları, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin edilib.

Eyni zamanda, 2020-ci il dekabrın 30-dan etibarən Şuşa RTYS-dən 11 TV və 2 FM radio, o cümlədən “CBC TV” proqramının yayımına başlanılıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email