TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
Türkiyədə türkdilli xalqların görkəmli bəstəkarlarının adları əbədiləşdirilib
Türkiyənin Bolu şəhərinin Seben bələdiyyəsinin Solaklar Qaya Evləri ərazisində türk dünyasının korifey bəstəkarlarının xatirəsinə qurulan evlərin açılışı olub. Həmin evlərdən birinə görkəmli azərbaycanlı bəstəkar Qara Qarayevin adı verilib. Qazaxıstandan Erkegali Rahmadiyev, Qırğızıstandan Kalıy Moldobasanov, Türkmənistandan Nuri Halmamedov, Başqırdıstandan Zagir İsmayılov, Tatarıstandan isə Nazib Jiganovun adları əbədiləşdirilib. Bu münasibətlə keçirilən mərasimdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstandan olan tanınmış qadın bəstəkarlar, TÜRKSOY-un, Bolu və Seben rayonlarının rəhbər şəxsləri, yerli ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər. Mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Seben bələdiyyəsinin sədri Süleyman Özbaş çıxış ediblər. Onlar Türkiyənin ən qədim yaşayış yerlərindən olan bu bölgədə türkdilli xalqların görkəmli bəstəkarlarının adlarının əbədiləşdirilməsini tarixi hadisə kimi dəyərləndiriblər. Əminliklə ifadə olunub ki, atılan bu addım türkdilli xalqların mədəniyyətinin qarşılıqlı şəkildə tanınmasında mühüm rol oynayacaq. Rəmzi lent kəsiləndə sonra evlərlə tanışlıq olub.
 
Məmməd Musayev: Ölkədə 121 mindən artıq fərdi qadın sahibkar fəaliyyət göstərir
Azərbaycanda 121 mindən artıq fərdi qadın sahibkar fəaliyyət göstərir. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfransda söyləyib. O bildirib ki, ölkədə aparılan məqsədyönlü islahatlar nəticəsində son illər qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. Bütün bu rəqəmlər göstərir ki, bu gün sahibkar qadınlarımızın sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bu istiqamətdə təşviq olunması, qabiliyyət və bacarıqlarının yüksəldilməsi bütövlükdə ölkə iqtisadiyyatına çox böyük töhfə verə bilər.
 
Vilnüs Universitetində Azərbaycan Auditoriyası açılıb
Bakı, 25 aprel, AZƏRTAC Xarici işlər naziri Elmar Məmmədyarov Litva Respublikasına səfəri çərçivəsində Vilnüs Universitetində Azərbaycan Auditoriyasının açılış mərasimində iştirak edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Elmar Məmmədyarov Antakalnis məzarlığında Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların memorialına əklil qoyub, xatirəsini ehtiramla anıb. Azərbaycan Auditoriyasının açılış mərasimində xarici işlər naziri Elmar Məmmədyarovu Litvanın xarici işlər nazirinin müavini Daurius Skuçevius və Universitetin rektoru Arturas Zakauskas müşayiət edib. Vilnüs Universitetində Azərbaycan auditoriyasının yaradılması universitetin müəllim və tələbə kollektivinin Azərbaycan həqiqətləri, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti barədə məlumatlandırmaq, Azərbaycan ilə bağlı elmi-tədqiqat işlərinə dəstək vermək məqsədi daşıyır. Auditoriyada seminar, mühazirə, film təqdimatı kimi, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Burada ölkəmizə dair çoxsaylı kitablar, eləcə də litva dilində Azərbaycan haqqında dərc edilmiş nəşrlər və digər əyani vasitələr də yer alıb. Auditoriya ilə tanış olan xarici işlər naziri Elmar Məmmədyarov mərkəzin iki ölkə arasında elmi və humanitar xarakterli təmasların təşviqinə, tələbələrarası əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Nazir Elmar Məmmədyarov Azərbaycan auditoriyasının açılışında iştirak edən litvalı jurnalistlərin suallarını cavablandırıb. Həmçinin Vilnüs Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Vilnüs Universiteti Şərqi Avropanın ən qədim universitetlərindən biridir. Universitetdə Azərbaycandan 44 tələbə təhsil alır.
 
Bülənd Qorxmaz: Şopinq Festival Bakıya çox yaraşır
Bakı, 25 aprel, AZƏRTAC “Qalatasaray” futbol klubunun və Türkiyə milli komandasının əfsanəvi oyunçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Bülənd Qorxmaz bakushopfest.com saytına açıqlamasında Bakıda keçirilən şopinq festivalı haqda fikirlərini bölüşüb. “Şopinq festivalı Bakıya çox yaraşır. Çünki bu cür festivallar adətən mədəni, iqtisadi-ticari cəhətdən inkişaf edən şəhərlərdə təşkil edilir. Bu mənada, Bakının şopinq festivalların keçirildiyi dünyanın böyük şəhərlərindən geri qalmadığını düşünürəm”, – deyə B.Qorxmaz bildirib. Bir neçə il əvvəl məşqçilik fəaliyyəti ilə əlaqədar Bakıda yaşadığını xatırladan B.Qorxmaz mayın əvvəllərində buraya baş çəkərək şopinq festivalının sərfəli təkliflərindən yararlanacağını da istisna etməyib.
 
Vaşinqtonda və Los-Ancelesdə türk və Azərbaycan icmaları ermənilərə cavab etiraz nümayişləri keçiriblər
Vaşinqton, 25 aprel, AZƏRTAC Aprelin 24-də Vaşinqtonda və Los-Ancelesdə ermənilər belə adlandırılan “erməni soyqırımı”nın 102-ci ildönümü ilə əlaqədar nümayişləri keçiriblər. ABŞ prezidentinin 1915-ci il hadisələri haqqında danışarkən “soyqırımı” sözü işlətməsinə və ABŞ Konqresində bu haqda qətnamə qəbul edilməsinə nail ola bilməmiş erməni lobbisi Türkiyənin Vaşinqtondakı səfirliyi və Los-Ancelesdəki konsulluğu qarşısında növbəti kütləvi şou təşkil edib. Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısında təxminən yüz nəfər - Vaşinqtonun erməni icmasının üzvləri, erməni lobbistləri və Ermənistan səfirliyinin nümayəndələri, Türkiyənin Los-Ancelesdəki konsulluğunun qarşısında isə Kaliforniyanın erməni icmasının bir neçə min nümayəndəsi toplaşmışdı. Məlum olduğu kimi, Kaliforniyada təxminən 800 min erməni yaşayır, onların əksəriyyəti Los-Ancelesdə məskunlaşıb. Hər iki şəhərdə, ermənilərin toplaşdığı yerdən bir küçə aralıda türk, məsheti türkləri və Azərbaycan icmaların nümayəndələri ermənilərə cavab olaraq etiraz nümayişləri keçiriblər. Bu nümayişlərin məqsədi ermənilərin yalan təbliğatını ifşa etmək, və Birinci Dünya müharibəsi zamanı erməni silahlı dəstələri tərəfindən Türkiyənin dinc sakinlərinə qarşı, həmçinin Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalı zamanı Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər haqqında Amerika ictimaiyyətini məlumatlandırmaq idi. Nümayişin gedişində, ermənilər bir neçə dəfə provokasiya törətməyə cəhd ediblər. Yerli KİV-lərdə yayılan məlumatlara görə, Los-Ancelesdə Türkiyə konsulluğunun qarşısında etiraz edən türklərə tərəf müxtəlif əşyalar, o cümlədən butulkalar atmış üç erməni həbs edilib. Vaşinqtonda ermənilərə cavab olaraq keçirilən etiraz nümayişi zamanı türk və Azərbaycan dillərində vətənpərvərlik mahnıları səslənib. Bu etiraz nümayişi Türk-Amerika milli rəhbər komitə tərəfindən təşkil edilib.
 
<< Başlat < Önceki 1 2 3 4 5 6 7 8 9 10 Sonraki > Son >>

Sayfa 10 > 1709
  TKA 2008