TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
AZƏRBAYCAN ALİMLƏRİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞLƏR
AzərTAc xəbər verir ki, İtaliyanın Florensiya şəhərində İslam memarlıq irsinin qorunması və bərpası problemlərinə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilmişdir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU), İtaliyanın Romualdo del Bianko Fondunun və Florensiya Universitetinin birgə təşkil etdiyi tədbirdə Türkiyə, İran, Qazaxıstan, Rusiya, Suriya, Misir və Fransa alimləri dəvət olunmuşdular. Konfransda AMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, professor Ertəgin Salamzadə və AMİU–nun prorektoru Nərgiz Abdullayeva da iştirak etmişlər.
 
AZƏRBAYCANIN FƏRDİ UÇOT SİSTEMİNDƏ 6 MİNDƏN ÇOX XARİCİ ÖLKƏNİN VƏTƏNDAŞI QEYDİYYATDAN KEÇMİŞDİR

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov AzərTAc-a bildirmişdir ki, təmsil etdiyi qurum tərəfindən yaradılan fərdi uçot sistemində indiyədək qeydiyyata alınmaq üçün 1 milyon 657 min nəfər qeydiyyat forması ilə müraciət etmişdir. Onlardan artıq 1 milyon 484 min 251 nəfərinə hesab açılmışdır.
S.Müslümov vurğulamışdır ki, artıq xarici ölkə vətəndaşlarından 6 min 571 nəfər fərdi uçot sistemində qeydiyyatdan keçmişdir. Bunlar əsasən Türkiyə, Rusiya, İran və Hindistan vətəndaşlarıdır. Qeydiyyatdan keçənlərin 27 faizi MDB ölkələrinin payına düşür.
Hazırda muzdla işləyənlərin sayının 40 minə yaxın olduğunu deyən sədr diqqətə çatdırmışdır ki, pərakəndə ticarət, özəl nəqliyyat sektorlarında, şadlıq evləri, restoran biznesi sahəsində işləyənlərin qeydiyyata alınması üçün müvafiq tədbirlər görüləcəkdir.

 
QAZAXISTANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ

AzərTAc xəbər verir ki, dekabrın 15-də Qazaxıstanın Azərbaycandakı səfirliyi öz ölkəsinin milli bayramı - Müstəqillik gününün 17-ci ildönümü münasibətilə "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir.
Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov vurğulamışdır ki, 17 il əvvəl respublikanın Ali Soveti ölkənin müstəqilliyi haqqında Konstitusiya Qanunu qəbul etmişdir.
Diplomat ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışaraq bildirmişdir ki, hazırda Qazaxıstan dünya birliyində layiqli yer tutur, ən dinamik inkişaf edən beş ölkə sırasına daxildir.
S.Primbetov demişdir ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan və Qazaxıstanı çoxəsrlik mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Əminəm ki, bizim qarşılıqlı səylərimiz bundan sonra da bu nəcib ənənələrin artırılmasına, xalqlarımızın və ölkələrimizin tərəqqisi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldiləcəkdir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, Qazaxıstan xalqına əmin-amanlıq və firavanlıq arzularını yetirmişdir.
Z.Əsgərov bildirmişdir ki, ölkələrimiz arasında həmişə səmimi münasibətlər olmuşdur və bu münasibətlər müstəqillik qazanıldıqdan sonra intensiv inkişaf etməyə başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident Nursultan Nazarbayevin şəxsi dostluq münasibətləri bu əlaqələrin formalaşmasında mühüm rol oynamışdır.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ MÜMKÜNDÜR

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov dekabrın 15-də səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Macarıstanın ölkəmizdəki səfiri İştvan Szabon və bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Jeno Boros ilə görüşmüşdür.
Tərəflər ikitərəfli münasibətlərin inkişaf dinamikasından məmnun qaldıqlarını bildirmiş, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulamışlar.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə toxunan nazir E.Məmmədyarov münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü demişdir.
Səfir J.Boros etimadnaməsinin surətlərini nazirə təqdim edərək, ikitərəfli münasibətlərin gələcəkdə inkişafı ilə bağlı əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Görüşdə enerji sahəsində və beynəlxalq əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

 
BERLİNDƏ AZƏRBAYCANLI RƏSSAMLARIN VƏ HEYKƏLTƏRAŞLARIN SƏRGİSİ AÇILMIŞDIR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 14-də Almaniyanın paytaxtında, "Berlin-Bakı" qalereyasında azərbaycanlı rəssamların və heykəltəraşların sərgisinin açılışı olmuşdur. Sərgidə azərbaycanlı rəssamlar İbrahim Əhrarinin, Eldar Babazadənin, Müseyib Əmirovun, Samo Abasovun, Rəna Əmrahovanın, Elyar Əlimirzəyevin işləri, heykəltəraş Rövşən Hacıyevin tunc heykəlçikləri nümayiş etdirilir. Azərbaycanlı incəsənət ustalarının işləri ilə yanaşı, buraya gələnlərə alman rəssamı Gerhard Qabelin və heykəltəraş Falko Hammın əsərləri təqdim olunmuşdur. Sərginin açılışında əsərlərin müəllifləri İbrahim Əhrari və Gerhard Qabel çıxış etmişlər.
Açılış günündə sərgiyə çoxlu sənətsevər - Berlin sakinləri, Almaniya paytaxtının qonaqları, habelə Azərbaycan diasporunun nümayəndələri və ölkəmizin Almaniyadakı səfirliyinin əməkdaşları gəlmişlər.
Sərgi gələn il yanvarın 13-dək davam edəcəkdir.

 
<< Başlat < Önceki 1731 1732 1733 1734 1735 1736 1737 1738 1739 1740 Sonraki > Son >>

Sayfa 1733 > 1748
  TKA 2008