TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



Azerbaycan
ATƏT QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRƏCƏKDİR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 16-da Azərbaycan-Ermənistan qoşunlarının Xocavənd rayonunun Veysəlli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrji Aberle və Vladimir Çountulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, səfir Anji Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Antal Herdiç keçirəcəklər.

 
AZƏRBAYCAN NÜMAYƏNDƏSİ MOLDOVADAN - HÖKUMƏTLƏRARASI ŞURANIN İCLASINDANQAYITMIŞDIR

Xəbər verildiyi kimi, Moldovanın paytaxtı Kişinyov şəhərində MDB-nin Aqrar-Sənaye Kompleksinin Hökumətlərarası Şurasının iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasını kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov təmsil etmişdir.
A.Aslanov AzərTAc-a bildirmişdir ki, iclasda əsasən MDB üzvü olan ölkələrin ərzaq təhlükəsizliyinin qorunması, onların şəkər bazarının yaradılması, formalaşdırılması, bu dövlətlər arasında meyvə-tərəvəz, kartof məhsullarının mübadiləsinin aparılması, yaşil dəhlizin yaradılması və digər məsələlər müzakirə olunmuşdur.
Azərbaycan nümayəndəsi çıxışında dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2008-ci il sentyabrın 25-də "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın imzalandığını bildirmiş və göstərmişdir ki, ölkədə aqrar islahatların yeni dövrü başlamışdır. Qeyd edilmişdir ki, aqrar sahədə məhsul istehsalının həcminin artması ilə yanaşı, keyfiyyətinin yüksəldilməsi, yeni texnologiyaların tətbiqi, ixrac imkanlarının artırılması, məhsuldarlığın yüksəldilməsi və səmərəliliyinin artırılması da nəzərdə tutulmuşdur. O, ölkə başçısı tərəfindən 2004-cü il oktyabrın 23-də MDB-də ilk dəfə olaraq Azərbaycanda "Aqrolizinq" ASC yaradılması barədə fərman imzalandığını qeyd etmiş, "Aqrolizinq" ASC-nin yerlərdə 55-dən çox servis xidmətlərinin yaradıldığını diqqətə çatdırmışdır. Məlumat vermişdir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağa, motor yağlarına görə hər hektara 40 manat (buğda və çəltiyə 80 manat) verilir və mineral gübrələrin dəyərinin 50 faizi dövlət vəsaiti hesabına ödənilir. Bütün bunlar MDB ölkələri nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan təmsilçisi 2015-ci ilədək dövrü əhatə edən Ərzaq Təhlükəsizliyinə dair Dövlət proqramında nəzərdə tutlmuş əsas hədəfləri qeyd edərək 2015-ci ilə respublikada taxıl istehsalının 2,8 milyon tona, hər hektarın məhsuldarlığının 32 sentnerə, kartof istehsalının 1 milyon 120 min tona, tərəvəz-bostan məhsulları istehsalının 1,72 milyon tona, yağlı bitkilərin əkin sahəsinin 135 min hektara, yem bitkilərinin əkin sahəsinin 500 min hektara, ət istehsalının 340 min tona, süd və süd məhsulları istehsalının 2,4 milyon tona, quş əti istehsalının 80 min tona çatdırılacağını vurğulamışdır.

 
AZƏRBAYCAN DİPLOMATİK AKADEMİYASINA TƏLƏBƏ QƏBULU BAŞLANACAQDIR

AzərTAc xəbər verir ki, dekabrın 15-dən Azərbaycan Diplomatik Akademiyasına tələbə qəbulu başlanacaqdır. Beynəlxalq münasibətlər və diplomatiya ixtisasları üzrə magistraturaya qəbul elektron ərizə ilə aparılacaqdır.
Magistratura proqramına 2009-2010-cu tədris ili üçün 25 tələbə qəbul olunacaq, bunların da 25 faizini xarici tələbələr təşkil edəcəkdir.
Diplomatik Akademiyada magistraturaya ali təhsilli, bakalavr pilləsini yeni bitirən tələblər, o cümlədən də bu sahədə təcrübəsi olan vətəndaşlar sənəd verə bilərlər.
Tələbələr ABŞ-ın aparıcı universitetlərinin təcrübəsini öyrənəcəklər. Tələbə qəbulu üzrə direktor vəzifəsini isə amerikalı ekspert Cenis Austin icra edəcəkdir. C.Austin demişdir ki, Akademiya məzunlara gələcəkdə karyera qurmaqda da yardımçı olacaqdır. Magistraturanın birinci kursunu bitirən tələbələr bu mərhələdən sonra təcrübə mübadiəsinə göndəriləcəklər. Tələbələr beynəlxalq təhlükəsizlik və münaqişələrin həlli üzrə ixtisas alacaqlar.
Qəbul fevralın 27-də başa çatacaqdır. Dərslər isə gələn ilin sentyabrında başlayacaqdır.

 
CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS POZULMUŞDUR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 12-də saat 23.10-dan 23.45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.10-dan 23.45-dək Ağdam rayonunun Yusifcanlı, dekabrın 13-də saat 00.35-dən 1.05-dək Tərtər rayonunun Çaylı, saat 6.40-dən 7.05-dək Füzuli rayonunun Horadiz kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.

 
İLİN SONUNADƏK İNFLYASİYANIN SƏVİYYƏSİ AŞAĞI ENƏCƏKDİR
İqtisadi inkişaf naziri Şahin Mustafayev AzərTAc-a bildirmişdir ki, ölkədə ilin sonunadək inflyasiyanın səviyyəsi aşağı enəcək və16-17 faiz təşkil edəcəkdir.

 
<< Başlat < Önceki 1731 1732 1733 1734 1735 1736 1737 1738 1739 1740 Sonraki > Son >>

Sayfa 1737 > 1748
  TKA 2008