TR  |  EN  |  RU
turkey turkey   azerbaijan kazakhstan kyrgyzstan turkmenistan uzbekistan kktc qha TAT BAŞQ
Ana Sayfa
Birlik Hakkında
Üye Haber Ajansları
Bildiri
Başkanın Mesajı
Tüzük
Haberler



“TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimləri başlayıb
Bakı, 3 sentyabr, AZƏRTAC Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində iki ölkənin Hərbi Hava Qüvvələrinin cəlb olunduğu birgə taktiki-uçuş təlimləri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 “MiQ-29” qırıcı, 3 “Su-25” hücum təyyarələri və şəxsi heyət Konyada yerləşən aviabazada təntənəli şəkildə qarşılanıb. Qarşılanma mərasimində çıxış edənlər keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edən hər kəsə uğurlar arzulayıb və qurban kəsilib. Təlimlər sentyabrın 14-dək davam edəcək.
 
  TKA 2008