16243425603486326556 1000x669

Azərbaycanda karantin rejimi sentyabrın 1-dək uzadılıb

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Qərar 2021-ci il iyulun 31-dən qüvvəyə minir.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email