1627035433197715840 1000x669

Özbəkistanda prezident seçkiləri kampaniyasına start verilib

Daşkənd, 23 iyul, АZƏRTAC

İyulun 23-də Özbəkistanda prezident seçkiləri kampaniyasına start verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev Daşkənddə keçirdiyi mətbuat konfransında bildirib.

Z.Nizamxocayev deyib ki, ölkədə prezident seçkiləri bu il oktyabrın 24-də keçiriləcək. O, seçkilərin demokratik prinsiplər əsasında yeni milli seçki qanunlarına uyğun olaraq açıq və şəffaf keçiriləcəyini qeyd edib.

Xatırladaq ki, Özbəkistanda son prezident seçkiləri 2016-cı il dekabrın 4-də olub. O vaxt Şavkat Mirziyoyev 88,61 faiz səs toplayaraq Özbəkistanın Prezidenti seçilib. Ölkədə prezidentlik müddəti 5 ildir.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email