W 1616276329222669534999 1000x669

Xarici jurnalistlər Füzulidə ermənilərin basdırdıqları minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

Füzuli, 30 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Füzuli rayonu ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı aşkar edilən mina və partlamamış silah-sursatlar zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Füzulinin Qarğabazarı deyilən ərazisində ANAMA nümayəndələri ilə rayonda səfərdə olan Yaponiya, İspaniya, İtaliya, Bolqarıstan və İordaniya jurnalistləri arasında görüş keçirilib. Görüşdə bildirilib ki, Qarğabazarı ərazisində ermənilər tərəfindən basdırılan 142 ədəd mina və partlamamış silah-sursat aşkarlanıb, 6200 kvadratmetr sahə xüsusi təhlükəsizlik qaydalarına əməl olunmaqla təmizlənib. Ümumilikdə indiyədək Füzuli rayonunda 177 min 736 kvadratmetr ərazinin minalardan və partlamamış digər sursatlardan təmizlənməsi təmin olunub.

Sonra xarici media nümayəndələri aşkarlanmış minaların və partlamamış silah-sursatın zərərsizləşdirilməsi prosesini izləyiblər.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email