16276389531025226861 1000x669

Türkiyədəki yanğınlarla bağlı Azərbaycanın İstanbuldakı baş konsulluğunda “qaynar xətt” yaradılıb

Ankara, 30 iyul, AZƏRTAC

İyulun28-də Türkiyədə baş verən çoxsaylı meşə yanğınları ilə əlaqədar Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunda “qaynar xətt” yaradılıb.

Baş konsulluqdan AZƏRTAC-a verilən məlumata görə, hazırda böhran bölgələrində baş verən hadisələrin soydaşlarımıza təsiri araşdırılır.

İyulun 30-da günorta saatlarınadək yanğının vətəndaşlarımıza təsiri barədə heç bir məlumat daxil olmayıb.

“Qaynar xətt” fasiləsiz olaraq fəaliyyət göstərir.

Vətəndaşlarımızdan xahiş edilir ki, yanğın böhranı ilə bağlı zərurət olduqda 00 90 536 613 86 48 nömrəli telefonla baş konsulluqla əlaqə saxlasınlar.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email