1627640562623834285 1000x669

Türkiyə KİV-i: Meşə yanğınlarına görə şübhəli qismində beş nəfər saxlanılıb

Ankara, 30 iyul, AZƏRTAC

İyulun 28-də Türkiyədə baş verən çoxsaylı meşə yanğınları ilə bağlı aidiyyəti qaydada hüquqi araşdırma aparılır.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, yanğınların geniş tüğyan etdiyi bölgələr sırasında yer alan Osmaniyədə yanğın törətmək şübhəsi ilə beş nəfər şübhəli qismində saxlanılıb.

Hələlik saxlanılanların şəxsiyyəti və şübhələrin əsaslılığı barədə açıqlama yoxdur.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email