16277335666246861334 1000x669

Rusiya və Özbəkistan birgə hərbi təlimlərə başlayıb

Daşkənd, 31 iyul, АZƏRTAC

Əfqanıstanda vəziyyətin gərginləşməsi fonunda Özbəkistanın bu ölkə ilə sərhədindəki “Termez” poliqonunda Rusiya və Özbəkistanın birgə hərbi təlimləri başlayıb.

AZƏRTAC Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, avqustun 10-dək davam edəcək təlimlərə 1500 hərbçi və 200 hərbi texnika cəlb olunub. Hərbçilər Özbəkistanın cənubundan gələ biləcək təhlükələrin qarşısını almaq üçün qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə tapşırıqları yerinə yetirirlər.

Özbəkistanın Əfqanıstan ilə dövlət sərhədinin uzunluğu 144 kilometrdir.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email