1631656309708713641 1000x669

Özbəkistanda keçiriləcək prezident seçkilərində Şavkat Mirziyoyevin namizədliyi rəsmi olaraq qeydə alınıb

Daşkənd, 15 sentyabr AZƏRTAC

Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin Liberal-Demokratik Partiyasından prezident seçkilərində namizədliyi Mərkəzi Seçki Komissiyasında qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də keçiriləcək. Özbəkistan qanunlarına görə ölkədə ancaq siyasi partiyaların liderləri və ya nümayəndələri prezident seçkilərində iştirak edə bilərlər. Liberal-Demokratik Partiyasından başqa ölkədə daha dörd siyasi partiya fəaliyyət göstərir və bu partiyaların liderləri və nümayəndələri də prezident seçkilərinə qatılacaqlar.

Seçkilərdə təbliğat kompaniyasına sentyabrın 20-də başlanacaq.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email