16317113422776762117 1000x669

Sahibkarlar Konfederasiyası ilə “QazTrade” arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə “QazTrade” arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ilə “QazTrade”in baş direktorunun müavini Nurali Bukeyxanov imzalayıblar.

ASK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əldə olunan razılaşmaya görə, tərəflər ümumi maraq kəsb edən ticarət və iqtisadi məsələlər ilə bağlı məlumat və təcrübə mübadiləsi aparacaqlar. Eyni zamanda, birgə elmi və praktik tədbirlərdə iştirak, media dəstəyi kimi əməkdaşlıq əlaqələri nəzərdə tutulub.

Memorandum, həmçinin birgə layihələrin həyata keçirilməsini də özündə ehtiva edir.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email