1631717320141994442 1000x669

Türkiyə Prezidenti: Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının ildönümünü ürəkdən təbrik edirəm

İstanbul, 15 sentyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə təbrik mesajı yayımlayıb.

AZƏRTAC xəbər verir ki, qardaş ölkə başçısının rəsmi Tviter hesabı vasitəsilə yayımlanan təbrik mesajında deyilir: “Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusunun komandanı Nuru Killigil paşanı və onun qəhrəman əsgərlərini ehtiramla yad edirəm.

Bütün Azərbaycan xalqına salam və sevgilərimi göndərirəm”.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email