16322324923869358305 1000x669

Nazir: “Teknofest” festivalının Azərbaycanda da keçirilməsi ilə bağlı ilkin razılaşma əldə olunub

İstanbul, 21 sentyabr, AZƏRTAC

Artıq 4-cü dəfədir Türkiyədə keçirilən “Teknofest” festivalına ilk dəfə qatılmışıq. Bu festivalda Azərbaycan 9 startap və eyni zamanda, bir IT şirkəti ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

Nazir bildirib ki, bundan başqa Azərbaycanın müxtəlif universitetlərini təmsil edən tələbələrdən ibarət 5-ə yaxın komanda yarışlara qatılıb: “Tələbələrin bu kimi yarışlara qatılması onların təcrübə, bilik və bacarıqların artırılması baxımından böyük əhəmiyyət kəsb edir. Növbəti illərdən “Teknofest” festivalının Azərbaycanda da keçirilməsinə dair Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə ilkin razılaşma əldə olunub”.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email