16323780853266449759 1000x669

Ukraynada Krım-tatar dilinin əlifbasında latın qrafikasına keçid haqqında qərar təsdiq edilib

Kiyev, 23 sentyabr, AZƏRTAC

1992-ci ildə Krım-tatar xalqının Qurultayı Krım-tatar dilinin əlifbasında latın qrafikasına keçid haqqında qərar qəbul edib, lakin həmin qərar praktiki olaraq yerinə yetirilməyib.

AZƏRTAC xəbər verir ki, Ukrayna Nazirlər Kabinetinin sentyabrın 22-də keçirilən iclasında Krım-tatar dilinin latın qrafikası əsasında əlifbası təsdiq edilib. 31 hərfdən ibarət olan bu əlifba Krım-tatar xalqının qurultayının 1991-1993-cü illərdə qəbul edilmiş qərarlarına əsaslanır.

Krım-tatar dilində təhsil prosesi 2025-ci il sentyabrın 1-dək latın qrafikasına keçiriləcək.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email