16323907082724729244 1000x669

Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin Tehranda görüşü planlaşdırılır

Tehran, 23 sentyabr, AZƏRTAC

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində İran və Türkiyənin xarici işlər nazirləri – Əmir Abdulahian və Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

AZƏRTAC İranın İRNA xəbər agentliyinə istinadla xəbər verir ki, görüşdə regiondakı vəziyyət müzakirə edilib. Qeyd olunub ki, Qarabağın azad edilməsi nəticəsində regionda yeni siyasi reallıqlar yaranıb. Bu baxımdan region dövlətləri məsləhətləşmələr aparmalıdır.

Görüşdə qərara alınıb ki, Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri Tehranda görüş keçirərək yeni reallıqlardan doğan məsələləri müzakirə etsinlər.

Görüşün vaxtı hələlik müəyyən edilməyib. Lakin hər 3 ölkənin xarici işlər nazirlikləri görüşün təşkili ilə əlaqədar texniki məsələləri müzakirə edəcəklər.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email