16323913243437010967 1000x669

Qazaxıstan Xəzər dənizində yeni neft quyularının kəşfiyyatına başlayacaq

Nur-Sultan, 23 sentyabr, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizinin sahilində yerləşən Mangistau bölgəsində yeni neft və qaz quyularının kəşfiyyat işlərinə başlayacaqlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ölkə başçısı zəngin neft və qaz ehtiyatlarına malik olan Mangistau vilayətinin sosial-iqtisadi inkişafını qiymətləndirərək geoloji kəşfiyyata qoyulan investisiyaların artacağını və yeni qazma işlərinin aparılacağını bildirib.

Kasım-Jomart Tokayev 2030-cu ilə qədər neft yataqlarının tədricən tükənməsi və neft hasilatının azalması ilə bağlı problemə toxunub.

Prezident bu problemi həll etmək üçün geoloji kəşfiyyata sərmayə qoymağı və yeni yataqların axtarışını, bu işdə ilin sonuna qədər yaradılacaq Milli Geoloji Kəşfiyyat İdarəsinin əhəmiyyətli yer tutacağını xüsusilə vurğulayıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email