16341335973584537073 1000x669

Qırğızıstan parlamenti yeni hökumətin tərkibini və strukturunu təsdiq edib

Bişkek, 13 oktyabr, АZƏRTAC

Bu gün Qırğızıstan parlamenti-Joqoeku Keneş yeni hökumətin tərkibi və strukturunu təsdiq edib.

AZƏRTAC Joqorku Keneşin mətbuat xidmətinə istinadla xəbər verir ki, Akılbek Japarov Qırğızıstan Nazirlər Kabinetinin (NK) sədri, Prezident Aparatının rəhbəri təsdiq olunub. Arzıbek Kojoşev NK sədrinin birinci müavini, Aziz Aliyev və Edil Baysalov sədrin müavinləri, Kamçıbek Taşıyev sədrin müavini, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifələrinə təyin edilib.

Parlamentin təyinatla əlaqədar keçirilən iclasında Daniyar Amanqeldiyev iqtisadiyyat və kommersiya, Almaz Baketayev maliyyə, Ruslan Kazakbayev xarici işlər, xarici ticarət və investisiya, Ayaz Baetov ədliyyə, Erkinbek Osoyev nəqliyyat və kommunikasiyalar, Askarbek Janıbekov kənd təsərrüfatı, Doskul Bekmurzayev energetika, Dinara Kutmanova təbii ehtiyatlar, ekologiya və texniki nəzarət, Alımkadır Beyşenaliyev səhiyyə, Bolotbek Kupeşev təhsil və elm, Azamat Jumankulov mədəniyyət, informasiya, idman və gənclər siyasəti, Kudayberqen Bazarbayev əmək, sosial təminat və miqrasiya, Bakıtbek Bekbolotov müdafiə, Ulan Niyazbekov daxili işlər, Boobek Ajikeyev fövqəladə hallar nazirləri təsdiq olunublar.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email