16341814463332062124 1000x669

Qırğızıstan Prezidenti yeni hökumətin üzvlərinin təyin olunması ilə bağlı fərmanlar imzalayıb

Bişkek, 14 oktyabr, АZƏRTAC

Qırğızıstan Prezidenti Sadır Japarov yeni hökumətin üzvlərinin təyin olunması ilə bağlı fərmanlar imzalayıb.

AZƏRTAC Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı Akılbek Japarovun Nazirlər Kabinetinin (NK) sədri vəzifəsinə təyin olunması ilə əlaqədar fərmana imza atıb.

Prezident Arzıbek Kojoşevin NK sədrin birinci müavini, Aziz Aliyev və Edil Baysalovun sədrin müavinləri, Kamçıbek Taşıyevin NK sədrinin müavini və Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunması ilə bağlı fərmanlar verib.

Dövlət başçısı Qırğızıstan parlamenti-Joqorku Keneşdə yeni hökumətin təsdiq edilən üzvlərinin təyin olunması ilə bağlı da fərmanlar imzalayıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email