16342020384744313268 1000x669

Azərbaycan gələn il Avropa və Türkiyəyə qaz ixracını artıracaq

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan 2022-ci ildə Avropa və Türkiyəyə qaz ixracını 16 milyard kubmetrə qədər artırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Rusiya Enerji Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, 16 milyard kubmetrlik qazın 6 milyard kubmetri Avropaya, 10 milyard kubmetri isə Türkiyə ixrac ediləcək. Həmçinin Azərbaycan 2023-cü ildən Türkiyəyə 3,5 milyard kubmetr həcmində əlavə qaz tədarükü barədə də razılığa gəlib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email