16345603055545859843 1000x669

Türkiyənin milli texnologiya hərəkatının banisi Özdemir Bayraktar vəfat edib

İstanbul, 18 oktyabr, AZƏRTAC

Türkiyənin milli texnologiya hərəkatının banisi, milli silahlı pilotsuz uçuş aparatları (SİHA) istehsalçısı olan “Baykar” şirkətinin idarə heyətinin sədri Özdemir Bayraktar uzun sürən xəstəlikdən sonra oktyabrın 18-də 72 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, aviasiyaya marağı səbəbi ilə xüsusi pilot sertifikatı olan Özdemir Bayraktar Türkiyənin pilotsuz uçuş aparatları texnologiyalarının memarı hesab edilir.

Qeyd edək ki, Özdemir Bayraktarın oğulları da “Baykar” şirkətinin rəhbərliyində təmsil olunur. Onun böyük oğlu Haluk “Baykar” şirkətinin baş direktoru, Selçuk isə texniki direktorudur.

Özdemir Bayraktar və oğlu Haluk “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar TB2” SİHA-larının Qarabağın işğaldan azad olunmasında mühüm rolu ilə əlaqədar 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Qarabağ” ordeni ilə təltif edilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email