FB5lyI X0AESVHW

Son günlərdə Özbəkistana Əfqanıstan üçün nəzərdə tutulan 100 tona yaxın humanitar yardım gətirilib

Daşkənd, 18 oktyabr, АZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının xətti ilə Özbəkistanın Termez Beynəlxalq Hava Limanına Əfqanıstan üçün nəzərdə tutulan üçüncü yük təyyarəsi enib.

AZƏRTAC xəbər verir ki, gətirilən yüklər Termez şəhəri yaxınlığındakı “Termez Cargo Centre” terminalında maşınlara yüklənir.

Terminalın direktoru Nadirbek Calalov jurnalistlərə bildirib ki, göndərilən 96 ton humanitar yardıma çadırlar, isti ədyallar, plastik yemək dəstləri və digər lazımi əşyalar daxildir. Yüklər ən yaxın vaxtlarda Əfqanıstanla sərhəddəki “Termez-Xayraton” sərhəd məntəqəsi vasitəsilə Məzari-Şərif şəhərinə göndəriləcək.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email