16352488213177131587 1000x669

Qazaxıstan əfqanıstanlı qadınlar üçün humanitar tranzit dəhlizi açıb

Bakı, 26 oktyabr, AZƏRTAC

Qazaxıstan hakimiyyəti əfqanıstanlı qadınların üçüncü ölkəyə uçuşu üçün Almatı aeroportundan humanitar tranzit dəhlizi açıb.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Qazaxıstan Respublikasının dövlət başçısı humanitar sahədə beynəlxalq öhdəliklərə sadiq qalaraq əfqan qadınları – hakimlər və parlamentin deputatları, həmçinin onların ailə üzvləri üçün tranzit dəhlizinin açılması barədə qərar qəbul edib.

Mətbuat xidməti qeyd edib ki, tranzit dəhlizi beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində üçüncü ölkələrə sonrakı uçuşlar üçün Almatı hava limanı vasitəsilə təşkil olunub.

Oktyabrın 17-də Qazaxıstan Prezidentinin xüsusi nümayəndəsi Yerjan Kazıxan Kabildə “Taliban” hərəkatının müvəqqəti hökumətinin nümayəndələri Əbdül Qani Baradar və Əmir Xan Möttəki ilə danışıqlar aparıb. Görüş çərçivəsində Qazaxıstanın əfqan xalqına humanitar yardım göstərməsi, ticarət və iqtisadi əlaqələrin bərpası məsələləri müzakirə edilib.

Qeyd edək ki, “Taliban” hərəkatı avqust ayında ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması fonunda ölkədə hakimiyyəti ələ keçirib. Avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan taliblər sentyabrın 7-də müvəqqəti hökuməti formalaşdırıb. Buna baxmayaraq, “Taliban” hökuməti hazırda dünyanın heç bir ölkəsi tərəfindən rəsmi olaraq tanınmır.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email