16377406315566155079 1000x669

Dekabrda Bakıda “Made in Uzbekistan” Milli Sərgisi təşkil olunacaq

Bakı, 24 noyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, dekabrın 15-17-də Bakıda Özbəkistanın “Made in Uzbekistan” Milli Sərgisi keçiriləcək. Sərgidə Özbəkistan şirkətlərinin məhsul və xidmətləri təqdim olunacaq.

Sərgidə iştirak etmək istəyən, habelə Özbəkistan nümayəndələri ilə ikitərəfli görüşlər keçirməkdə maraqlı olan sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email