16377605021076947490 1000x669

Azərbaycanın xarici işlər naziri Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 24-də Rusiya Federasiyasının Prezidentinin Beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan-Rusiya əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi nəzərə alınaraq, bu xüsusda müvafiq tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email