01 PREZİDENT RUSİYA AMEA PREZİDENT QEBUL

Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu və əlaqələrimizin inkişafında humanitar sferada, o cümlədən elmi sahədə əməkdaşlığın rolu vurğulandı. Bu sahədə əməkdaşlığımızın zəngin tarixə malik olduğu bildirildi və müasir dövrdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəminə toxunuldu. Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin səfərinin elmi əməkdaşlıq sahəsində əlaqələrin perspektivlərinin müzakirəsinə və daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edildi.

Aleksandr Sergeyev Rusiya Elmlər Akademiyasının xatirə medalını Prezident İlham Əliyevə təqdim etdi.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email