163827650375985808_1000x669

Nazir Ceyhun Bayramov: Qardaş Türkiyə hər zaman Azərbaycanın kədərini və sevincini bölüşür

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, M. Çavuşoğlu təlim uçuşları zamanı Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə əlaqədar dərin təəssüf hisslərini bölüşüb, qəza nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Ceyhun Bayramov başsağlığına görə M. Çavuşoğluna təşəkkür edib, qardaş Türkiyənin hər zaman Azərbaycanın kədərini və sevincini bölüşdüyünü vurğulayıb.

Nazir Ceyhun Bayramov öz növbəsində İstanbulda baş verən qasırğa nəticəsində ölüm hallarının və yaralıların olması ilə bağlı kədərləndiyimizi həmkarının diqqətinə çatdırıb, təbii fəlakət qurbanlarının yaxınlarına səbir arzulayıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email