1638287837120845190 1000x669

Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib

Bakı, 1 dekabr, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın tviter səhifəsində paylaşım edilib. Paylaşımda deyilir: “Bu gün Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik.

Bu faciəvi qəzada həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyir, qardaş Azərbaycan xalqına və qəhrəman Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı veririk”.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email