1642085361431916612 1000x669

Pərviz Şahbazov: 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji” zonasına çevirmək öhdəliklərimiz var

Bakı, 13 yanvar, AZƏRTAC

Bizim müəyyən öhdəliklərimiz var: 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq, Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji” zonasına çevirmək.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

Daha sonra nazir sözlərinə əlavə edərək deyib: “COP26-da biz öz öhdəliklərimizi yeniləyəndən sonra 2050-ci ilə qədər ölkə üzrə karbon emissiyalarını 40 faizə çatdırmağa və işğaldan azad edilmiş ərazilər üzrə sıfır emissiyalara nail olmaq istəyirik. Amma enerji keçidi o demək deyil ki, mütləq şəkildə bir enerji resursundan tam şəkildə digər enerji resursuna keçilməlidir. Enerji keçidi, ümumiyyətlə, idarə olunan bir proses olmalıdır və bizim yanaşmamız bundan ibarətdir ki, hər bir enerji resursunun haqqı var ki, enerji keçidində öz iştirakını təmin etsin, amma hansı dövrə qədər? Bunu proses özü göstərəcək”.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email