Oan

Bakıda Türkiyənin ən böyük həmkarlar ittifaqı olan Hak-İş Birliyinin nümayəndə heyəti ilə görüş keçirilir

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkiyənin ən böyük həmkarlar ittifaqı olan Hak-İş Birliyinin nümayəndə heyəti ilə görüş keçirilir.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən danışılır və hər iki ölkənin həmkarlar təşkilatları arasında əməkdaşlığın perspektivləri müzakirə olunur.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Türkiyə Hak-İş Birliyinin sədri Mahmut Arslan və qurumun baş katibi Əda Günər iştirak edirlər.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email