Oan

Baş konsul: Biz bu gün Azərbaycan-Türkiyə münasibətlərinin böyük irəliləyiş əldə etdiyini görməkdən qürur duyuruq

İstanbul, 14 yanvar, AZƏRTAC

Biz bu gün Azərbaycan-Türkiyə münasibətlərinin böyük irəliləyiş əldə etdiyini görməkdən qürur duyuruq. Ötən bu dövr ərzində ölkələrimiz tarixi sınaqlardan şərəf və qürurla keçərək “Bir millət, iki dövlət” ruhuna sadiq olduqlarını və onu tarix boyu yaşatdıqlarını bir daha sübut etdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ölkəmizin İstanbuldaki Baş konsulu Nərminə Mustafayeva ifadə edib.

Otuz il davam edən diplomatik münasibətlərin bu gün yüksələn templə davam etdiyini vurğulayan Baş konsul deyib: “1992-ci il 14 yanvar tarixində qardaş Türkiyə ilə diplomatik münasibətlərin qurulması Azərbaycan Respublikasının tarixində yeni bir səhifə açdı. İyirminci əsrdə ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və bunun ardından qurulan sıx diplomatik münasibətlər həqiqi bir qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi həkk olunub. Ölkələrimiz arasında diplomatik münasibətlərinin qurulmasının otuzuncu ildönümü münasibətilə hər iki ölkə xalqlarını təbrik edir, sevgi və ehtiramımı bildirirəm”.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email