16525217752202943053 750x500

Türkiyə Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı üzləşdiyimiz yalan və böhtanlar dezinformasiya ilə mübarizənin vacibliyini bir daha xatırlatdı

İstanbul, 14 may, AZƏRTAC

Media və kommunikasiya məsələləri, sosial media və dezinformasiya ilə mübarizə siyasi və sosial həyatımızın təmin olunması baxımından həyati əhəmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsi zamanı şahidi olduğumuz yalan və böhtanlar bu məsələnin vacibliyini bir daha xatırlatdı və güc birləşməsinin bizim üçün nə qədər zəruri olduğunu göstərdi. Müharibə təkcə meydanda aparılmayıb, yazılı və vizual mediadan tutmuş sosial mediaya qədər bir çox sahələrdə 44 gün ərzində gərgin mübarizə aparılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü toplantısına videomüraciətində ifadə edib.
Rəqəmsal faşizmin milyardlarla insanın dəqiq və qərəzsiz xəbər almaq hüququnu əngəlləyən təhlükəyə çevrildiyini qeyd edən Türkiyə Prezidenti xüsusən də nəzarət, yoxlama, qayda və etik dəyərlərin olmadığı sosial media kanallarının bütün cəmiyyətlər üçün ciddi risklər yaratdığını deyib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email