Oan

Tatarıstanda “Rusiya-İslam dünyası: KazanSammit 2022” forumu açılıb

Moskva, 19 may, AZƏRTAC

Rusiyanın Tatarıstan Respublikasında “Rusiya-İslam dünyası: KazanSammit 2022” XIII Beynəlxalq İqtisadi Sammiti açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə dünyanın 63 ölkəsinin, Rusiyanın 52 regionunun nümayəndələri iştirak edirlər. Sammitdə birgə istehlak və halal sənayesi, islam maliyyəsi, tərəfdaşlıq bankçılığı, gənclər siyasəti və digər məsələlər müzakirə olunacaq.

Sammit çərçivəsində “Russia Halal Expo” sərgisi, eləcə də Bulqar dövlətində islamın qəbul edilməsinin 1100 illiyinə həsr olunmuş tədbirlər nəzərdə tutulub.

“Kazan Expo” sərgisində halal məhsullar, o cümlədən qədim Quran nümunələri, bulqarların həyat tərzini əks etdirən eksponatlar nümayiş etdirilir.

“Rusiya-İslam dünyası: KazanSammit” forumu Kazan şəhərində 13-cü dəfə keçirilir. Təşkilatçılar forumun keçirilməsində əsas məqsədin Rusiya ilə İslam dünyası arasında əməkdaşlığın inkişafı olduğunu bildirirlər.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email