Oan

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Rusiyadan imtina edə bilməz

Bakı, 19 may, AZƏRTAC

Türkiyə Rusiya ilə münasibətlərdən, Rusiya qazından imtina edə bilməz, bu, strateji məsələdir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə gənclərlə görüşündə bildirib.

“Bizim hər iki tərəflə (Rusiya və Ukrayna – red.) əlaqələrimiz var. Rusiya ilə nüvə enerjisində bir addımımız var. Gələn il “Akkuyu” atom elektrik stansiyasını bitirib, acacağıq. Bu, bizim üçün çox ciddi mənbədir. Hazırda istehlak etdiyimiz qazın 50 faizini Rusiyadan təmin edirik. Bu, strateji önəm daşıyan münasibətlərdir, biz bu münasibətləri kəsib ata bilmərik”, – Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündəki çıxışında belə deyib.

Türkiyə Prezidenti bildirib ki, onun nə Rusiya lideri, nə də Ukrayna Prezidenti ilə münasibətləri kəsmək niyyəti yoxdur.

“Həm Putinlə, həm də Zelenski ilə telefon diplomatiyasını davam etdirirəm. Xüsusi nümayəndəmi onların yanına göndərdim və göndərirəm. Biz öz siyasətimizi davam etdirəcəyik”, – deyən Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, “bölgədə bir sabitlik elementi olacaq dövlət varsa bu da Türkiyədir, bunu qorumağa məcburuq”.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email