Ankara, 23 iyun, AZƏRTAC
Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda baş verən meşə yanğınlarının söndürülməsi üçün müdaxilə davam edir.
AZƏRTAC xəbər verir ki, təyyarə və helikopterlər də daxil olmaqla yanğınla mübarizəyə cəlb olunan aviasiya vasitələrinin sayı 41-ə çatdırılıb.
Bildirilir ki, tüğyan edən yanğınlar nəzarətə alınıb. Alovların daha güclü olduğu ərazilərdə risklər azalıb. Hazırda soyutma işlər aparılır.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 22-də helikopterlə ərazini gəzərək vəziyyətlə yerində tanışı olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Görüntülenme sayı:
24