Ankara, 23 iyun, AZƏRTAC
Ukraynadan taxıl daşınması ilə bağlı BMT ilə səylərimizi davam etdiririk. Bu məsələdə həm Ukrayna, həm də Rusiya ilə sıx təmasdayıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ilə keçirdiyi birgə mətbuat konfransında ifadə edib.
Nazir diqqətə çatdırıb ki, əgər məsələ ilə bağlı anlaşma olarsa prosesi tənzimləyən nəzarət mərkəzi yaradılacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Görüntülenme sayı:
22