1656157906553022808_1000x669

Türkiyə ordusu Suriya və İraq ərazilərində PKK-ya növbəti dəfə ağır zərbə vurub

Ankara, 25 iyun, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin birlikləri Suriya və İraq ərazilərində PKK-ya növbəti dəfə ağır zərbə vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Suriyanın şimalında yerləşən “Fırat Kalkanı“ antiterror rayonunda 5 PKK/YPG terrorçusu, İraqın şimalında isə 2 PKK üzvü məhv edilib.

Nazirlik rəsmi saytında əməliyyatları əks etdirən videomaterial yayıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email