16562184042098015385 1000x669

Azərbaycanlı gənc alim Asiya və Sakit okean hövzəsi yazılı və şifahi tərcümə forumunda iştirak edir

Pekin, 26 iyun, AZƏRTAC

Asiya və Sakit okean hövzəsi yazılı və şifahi tərcümə forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Pekin Xarici Dillər Universiteti (PXDU), Beynəlxalq Tərcüməçilər Federasiyası və Çin Tərcüməçilər Assosiasiyasının birgə təşkil etdiyi forum Asiyada tərcüməşünaslıq üzrə ən nüfuzlu tədbirlərdən hesab olunur. 1995-ci ildən bəri hər üç ildən bir keçirilən tədbirin əvvəlki adı Asiya Tərcüməçilər Forumu olub.

“Şifahi və yazılı tərcümə dünyasında əməkdaşlıq: Yeni era, yeni dəyişikliklər, yeni modellər” mövzusunda keçirilən builki forumda müxtəlif ölkələrdən 150-dən çox tərcüməçi və tərcüməşünas alim maşın tərcüməsi, avtomatik tərcümə texnologiyaları, müasir və klassik ədəbi tərcümə, şifahi və yazılı tərcümənin tədrisi, diplomatik və ictimai tərcümə problemləri, audiovizual və multimodal tərcümə metodları, xarici dil xidmətləri və müasir texnolgiyada əməkdaşlıq mövzularında ən yeni tədqiqatlarını təqdim ediblər. PXDU-nun Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev çincə-azərbaycanca ikidilli lüğətlərdə tərcümə zamanı köməkçi sözlərin şəkilçiləşmə prosesi və müvafiq paralel mətnlər mövzusunda danışıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email